F-1.az xatırladır ki, finlandiyalı sürücü Avstriyada sıralanma turunda poul qazanan Bottasdan 0.530 saniyə geri qalaraq 4-cü olub. Amma Sebastyan Fettelin startda 3 yer itirməsi ilə 3-cü yerə yüksəlib.
Kimi Rəykkönen: “Sözün açığı mükəmməl nəticə deyildi. Öndən sürüşməyə görə çətinlik çəkdim və son döngəlrədə bolidi idarə etmək çətin idi. Bundan başqa hər şey yaxşı idi. Həmişə inkişaf edə biləcəyiniz sahələr olur və həmişə daha sürətli ola bilərsiniz. Hər şeyi etdik. Yarışda hər şey fərqli olacaq. Sıralanma turu həmişə yarışdan fərqli olur. Rəqiblərimizə nisbətən fərqli təkərlərələ başlayacağıq və görək necə olur. Bu, xüsusi trasdır. Çox qısadır və gözləyirdik ki, hamı bir-birinə yaxın olsun. Ötmə cəhətdən DRS işləri asanlaşdırmalıdır. Ümid edirəm ki, yarış yaxşı keçər.
Yarış üçün ən yaxşı strategiyanı seçəcəyik. Görək necə olacaq. Təkərlərin işləməsi vacibdir. Hər şeydən istifadə etməliyik”.