F-1.az xatırladır ki, finlandiyalı sürücü Saxir yarışını 14-cü yerdə bitirib.
Kimi Rəykkönen: “Tras şəraitini nəzərə alsaq, gözlədiyimiz nəticə idi. Yaxşı başladım və ikinci döngədə tras xaricinə çıxmalı oldum. Sonra porebrikə dırmaşdım və arxa tərəfi ram edə bilmədim. Orada iki yer itirdim, amma nəticəyə təsir etmədi. Bolidimiz keçən həftə ilə eyni gücdə idi. Yeni təkərlərlə sürətli olsaq da, sonradan tempimiz düşdü”.