F-1.az xatırladır ki, “qırmızılar” Malayziyada cümə sərbəst yürüşlərində ilk iki yeri tutublar.
Kimi Rəykkönen: “Normal cümə günü idi. Nəticələrə baxanda rəqiblərimizin nə etdiyini görürəm. Bizim üçün yaxşı olsa da, bu, meyar deyil. Səhər yağışlı havada bir neçə dövrə vurduq. Nahardan sonra quru şəraitdə daha çox dövrə vurduq. Drenaj qapağı çıxdığı üçün istədiyimiz qədər dövrə vura bilmədik, amma inkişaf etmişik. Bu gün bolidimiz güclü idi. Təzə təkərlərlə bir neçə dəfə səhv etdim. Yəni zaman nəticəm daha yaxşı ola bilərdi. Performansımız yaxşıdır.
Sabah başqa gün olacaq. Rəqiblərin hansı proqramda işlədiyini bilməliyik. İlk sessiyada hava şəraiti fərqli idi. İkinci sessiyada drenaj problemi oldu. Bizim üçün hər şey qaydasında idi. Təkərlərdə problem yox idi. Yaş trasda bolimiz yaxşıdır. Təkərlər məhdud sayda olduğu üçün sürətli dövrələr vura bilmədik. Əks halda, daha sürtəli ola bilərdik”