K.Rəykkönen: “Birinci yer ikincidən yaxşıdır!”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, qalib gəlmək ikincilikdən yaxşıdır.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa ikinci yerdən start alsa da, ilk döngədə Həmiltonu keçib. Lakin britaniyalı sürücü virtual təhlükəsizlik maşınından istifadə edərək erkən pitə gəlib. Bundan sonra əksəriyyət qaradərilinin asan qələbəsini gözləsə də, ikinci dəfə pitə gələn Həmilton liderliyi yenidən Rəykkönenə verməli olub. 2007-ci ilin Dünya Çempionu sona qədər liderliyini qoruyaraq 5 ildən sonra ilk qələbəsini qazanıb.

Kimi Rəykkönen: “Əla həftəsonu oldu. Bolid yaxşı vəziyyətdə idi. Lazımi tempimiz var idi və stabil dövrələr vurmalı idik. Həm limitdə sürməli, həm də təkərləri qorumalı idik. Uzun müddət idi ki, qələbə qazana bilmirdim. Amma yenidən buradayıq. Əla yarış oldu. Bu da fanatların görmək istədikləri şeydir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*