F-1.az xatırladır ki, Bakı Şəhər Halqası Rəykkönen üçün düşərli trasdır. Finlandiyalı sürücü burada keçirdiyi 4 yarışın 3-dən xalla ayrılıb.
Kimi Rəykkönen: “Komanda hər yarış güclənir və bunu görmək gözəldir. Ümid edirəm gözəl həftəsonu keçirərik. Bakıda xaotik yarışlar olur və düzgün iş görsək, yaxşı nəticə qazanacağıq. Nə edəcəyimizi bilirik. Cümə günündən bazar gününə qədər hər fürsətdən istifadə edəcəyik. Orta qrup komandaları ilə mübarizə apara bilirik. Görək bu dəfə nə olur”.