K.Rəykkönen: “Bakı Monakodan çox fərqlidir”

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, komandası Bakıda Monakodakı uğuru təkrarlaya bilməz, çünki hər iki tras da bir-birlərindən fərqlənirlər.

F-1.az xatırladır ki, Ferrari Monakoda dubl podium edərək, 7 illik həsrətə son qoymuşdu. Lakin Rəykkönen hesab edir ki, Azərbaycan trası quruluşuna görə Monakodan fərqlənir: “Monakodakı performansımız Azərbaycanda qələbəni təmin etmir. Azərbaycan tamamilə fərqli şəhər tipli trasdır. Monakoya heç bənzəmir. Amma bolidimiz güclüdür. Əlimizdən gələni edib nələr olacağını görəcəyik. `

Bu mövsüm Mercedes ilə demək olar ki, bütün yarışlarda çox yaxın idik. Traslar fərqli olduğu üçün təkərlər də fərqli olmalıdır. Proqnoz vermirəm. Sadəcə yaxın olacağıq. Heyf ki, 3 yarışda bəxtimiz gətirmədi. Pis vaxtlarda işlər yaxşı olmur. Lakin yenə də yarışları tamamlayıb xal aldıq. Olanda olur”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*