K.Rəykkönen azarkeşlərdən üzr istəyib

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen qələbə qazana bilmədiyi üçün azarkeşlərdən üzr istəyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, son dövrələrdə Həmiltonun hücumlarına tab gətirə bilməyib və ikinci olub.

Kimi Rəykkönen: “Məncə, paketimiz yaxşı idi. Amma heyif ki, arxa təkərlərimiz yeyildi. Yerimi qorumağa çalışsam da, mümkünsüz idi. İdealdan uzaq idi, amma bu nəticəni qazana bildik. Maksimum nəticədir. Ən azından ikinci ola bildik və mübarizəyə davam edəcəyik. Tempimiz olsa da, arxa təkərlər tez yeyildi. Sol təkər tamamilə yeyilmişdi. Bizi dəstəkləyənlərə təşəkkür edirəm və qazana bilmədiyimiz üçün üzr istəyirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*