F-1.az xatırladır ki, finlandiyalı sürücü Formula1 karyerasına başlamamışdan əvvəl təkoturacaqlı maşınlarla cəmi 23 yarışa çıxıbmış.
Sauber komandasının sabiq fizioterapevti Yosef Leberer 39 yaşlı sürücünün ilk yarışından əvvəl nə yaşadığını danışıb: “Yatırdı. Ona dedim ki, dur bir neçə dəqiqədən sonra ilk yarışına çıxacaqsan. O isə mənə beş dəqiqə də yatım dedi. Daha əvvəl belə şey görməmişdim. Sonra da görmədim. Çox sakit idi. Rola girməmişdi və çox təbii idi. Bir neçə dəqiqə yatmağına icazə verdim”.
Qeyd edək ki, Rəykkönen debüt etdiyi Avstraliya Qran Prisinin sıralanma turunda 13-cü olmuş, yarışda isə 7-ci yeri tutmuşdu. Amma yarışdan sonra Olivye Panisin 25 saniyəlik cəza alması ilə 6-cı yerə yüksələrək debüt yarışında ilk xalını qazanmışdı.