F-1.az xatırladır ki, finlandiyalı sürücü testlərin 6-cı günündə ən sürətli 4-cü nəticəni əldə edib.
Kimi Rəykkönen: “Bolid işləyir və balansı yaxşıdır. Keçən həftə sazlanmalar üzərində çox işləmədik. Lakin bu gün detalları dəyişəndə fərqli sazlanmalar yoxladıq. İndiyə kimi yaxşıdır. Harada olduğumuzu bilmirəm. Sadəcə öz gördüyümüz işdən xəbərdarıq. Həmişə görüləcək işlər var və hər il bunları etməliyik. Hazırda proqramınızı tamamlamağa çalışırıq və Avstraliyada nə edə biləcəyimizi görəcəyik. Hər tras fərqlidir. Avstraliya şəhər tipli trasdır. Buna görə də sazlanmalar barədə bir fikrimiz olmalıdır”.