F-1.az xatırladır ki, finlandiyalı sürücü karyerasının son yarışında mexaniki problem yaşayaraq, mübarizəni dayandırıb.
Rəykkönen 19 mövsümlük Formula1 karyerası ərzində 1 Çempionluq, 21 qələbə, 103 podium və 46 sürətli dövrə əldə edib.
Kimi Rəykkönen: “Yarış istədiyimiz kimi getmədi. Lakin əksəriyyət tərəfindən tərif eşitmək gözəl idi. Pitdən sonra problemlər yaşadıq. Yarışı mexaniki problemə görə saxlamalı olduq. Amma yarışlar belə olur. Bəzən hər şey əla olar, bəzən də işlər istəmədiyiniz kimi gedər. Son yarışdakı nəticə karyeram haqqında olan düşüncələrə təsir etmir.
Artıq sərbəst olacam. Uşaqlarımla vaxt keçirib onlarən necə böyüdüyünü görəcəm. Çox xoşbəxtəm. Bu, əla şeydir. Yarış traslarından uzaqda, ailəmlə vaxt keçirmək üçün səbirsizlənirəm. Artıq plan qura bilirəm. Formula1-də yarışanda plan qurmaq çətin olur. Təbii ki, dostlarım üçün darıxacam. 20 il tez keçdi. Çoxlu xatirələrim oldu. Hamısı ömrümün sonuna qədər mənimlə qalacaq”.