F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümə pis başlasa da, son iki yarışda mükəmməl performans göstərərək, podiuma yüksələ bilmişdi. 2007-ci ilin Dünya Çempionu Britaniyada Fetteldən sürətli olmuşdu, Macarıstanda isə heyrətamiz sürüş ilə ikinci olaraq, komandasına dubl gətirmişdi.
Kimi Rəykkönen: “Çempionatda neçənci olmağınızdan asılı olmayaraq, hər yarışa yeni detallar gətirirsiniz və test edirsiniz. Macarıstanda komanda olaraq çox yaxşı nəticə əldə etdik və həmişə daha yaxşısını etmək üçün əlinizdən gələni edirsiniz. Macarıstan testi bizim üçün normal keçdi. Vaxtımız çox olduğu üçün təkərləri daha çox test etmək şansımız oldu. Son yarışlarda özümü boliddə rahat hiss edirəm və bu, mənim üçün yaxşı xəbərdir. Komanda yeni detallar hazırlayır və bu, mənə müsbət təsir edir”.