F-1.az bildirir ki, Arrivabene Çində Kiminin fiziki vəziyyətindən razı qaldığını demişdi: “Kiminin fiziki dözümlülüyünü bəyəndim. Hazırda fiziki cəhətdən güclüdür. Bu da onun üçün yaxşıdır. Yaxşı sürür və işinə yaxşı fokuslanır”.
Lakin bu sözlər, deyəsən, veteran sürücünün heç də xoşuna gəlməyib: “İnsanlar fiziki dözümlülüyü necə ölçürlər? Kənardan baxaraq? Məncə, dözümlülüyü ölçmək çətin məsələdir. Dözümlülüklə bağlı test etməmişəm. Komanda da bu barədə heç nə bilmir. Şərhləri qəribədir. Fiziki cəhətdən heç vaxt problemim olmayıb”.