K.Rəykkönen: Alonso qayıda bilər, amma…

Alfa Romeo komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Fernando Alonsonun Formula1-ə qayıtması real deyil.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2018-ci ilin sonunda Formula1-dən ayrılmışdı. İkiqat Dünya Çempionu bildirib ki, güclü bir komandadan təklif gəlməsə, idmana qayıtmayacaq. Ancaq nə Ferrari, nə Mercedes, nə də Red Bull təcrübəli Fernando Alonsonun xidmətində maraqlı deyil.

Kimi Rəykkönen: “Geri qayıtmaq istədiyini bilmirəm. Ancaq məndən balacadır və yarışmağa davam edir. Bu, çox vacibdir. Mən də F1-dən gedəndə iki il ərzində ralli ilə məşğul oldum. Amma qayıtmaq çətin olmadı. Lakin güclü komanda tapmaq çətin məsələdir.

Fərqli nəsillərin sürücüləri arasında ciddi fərq görmürəm. Məsələn, Covinatsi ilə münasibətimiz yaxşıdır. Özümü ondan qoca hiss etmirəm. Yaşlansam da, sağlamlıqla bağlı problemim yoxdur. Buna görə də yaş vacib faktor deyil”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*