K.Rəykkönen 40 yaşına qədər qalacaq?

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, növbəti mövsümdə də Ferrari-də yarışmaq istəyir.

F-1.az xatırladır ki, 38 yaşla peletonun ən qocaman sürücüsü olan Dünya Çempionunun komandası ilə müqaviləsi ilin sonunda başa çatır. Finlandiyalı sürücünün əvəzinə Şarl Lekler, Daniel Rikkardo, Fernando Alonso, hətta, Lyuis Həmilton kimi sürücülərin adları hallanır.

Kimi Rəykkönen: “Bu, mənim qərarım deyil. Komandaya bağlıdır və onlar da hələ nə istədiyimi bilmirlər. Həzz almadığım halda Formula1-də qalmaram. Məni burada saxlayan şey həzdir. Digər nüanslar olmasa da, qala bilərəm. Qərar çox şeydən asılı olacaq. Amma yarışmaq istəyim mövsümün sonuna qədər bitən deyil”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*