F-1.az xatırladır ki, Kimi Rəykkönen 2008-ci ildən bəri Braziliyadakı ən yaxşı sıralanma turu nəticəsini alıb. Amma 37 yaşlı sürücü bildirib ki, ilk iki sektorda çox səhv edib və buna görə də son nəticəyə təəccüblənib: “Sıralanma turunda istədiyim kimi dövrələr vura bilmədim. Düzünü desəm, son dövrəmdə də güclü deyildim, amma üçüncü oldum və buna görə sevincliyəm.
Mercedes-lər bu gün çox güclü idilər. onlarla eyni tempi tutmaq asan deyildi”.
Rəykkönen bildirib ki, yarışda onları Red Bull-la çətin mübarizə gözləyir: “İki komanda arasındakı fərq çox kiçikdir. Bütün mövsüm bu belə davam etdi. Bu gün komanda olaraq yaxşı işlədik və bəzi sahələrdə inkişaf etdiyimizi gördük”.