K.Qon yeni ittihamla təkrar həbs edilib

Yaponiyanın NHK telekanalının məlumatına görə, Renault-Nissan alyansının sabiq rəhbəri ən azı daha 10 gün həbsxanada qala bilər.

F-1.az xatırladır ki, Nissan-ın direktorlar şurasının keçmiş sədri və Renault-nun prezidenti Karlos Qon noyabrın 19-dan maliyyə fırıldaqları ittihamı ilə həbs olunub, amma cümə axşamı məhkəmə prokurorluğun həbs müddətinin uzadılması vəsatətini ləğv edib – onun vəkilləri isə cümə günü məhkəməyə Qonun girov altında həbsdən azad olunmasını təklif etməyə hazırlaşıblar.

Amma bu baş verməyib. Cümə günü Qon yeni ittihamla təkrar həbs olunub – prokurorluq hesab edir ki, Karlos 2008-ci ildə maliyyə böhranı zamanı birja əməliyyatlarında şəxsən itirdiyi 16 milyon dolları konsernin hesabına yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*