K.Qon: “Komandanın Pilot seçiminə qarışmayacam”

Nissan-Renault alyansınım prezidenti Karlos Qon bildirib ki, yenidən qurduqları Formula1 komandasının pilot heyətinə qarışmayacaq.

F-1.az xatırladır ki, Renault 2011-ci ildə Formula1-dən komanda kimi ayrılsa da, mühərrik təminatçısı kimi fəaliyyətini davam etdirirdi. Amma Renault 2015-ci ilin sonunda Lotus komandasını satın alaraq 5 ildən sonra Formula1-ə komanda kimi qayıtdı. Renault yeni mövsümdə Kevin Maqnussen və Colion Palmer ilə yarışacaq.

Karlos Qon komandanın sürücüləri barədə danışıb: “Pilotları mən seçmirəm. Pilotların kim olmasına F1 komandasının rəhbərləri qərar verir.

Komandanın rəhbərinin nəticələrə görə məsuliyyətli olmasını istəyirəmsə, texnologiya və pilot seçimini ona verməliyəm.

Mən istəmərəm ki, mövsümün sonunda komandanın rəhbəri mənə “Mən bunu bacara bilmədim, çünki pilotları sən seçdin” desin. O rəqabətədavamlı olmaq üçün ehtiyacı olan hər şeyi seçə bilər. Mən belə istəyirəm”.

Qon Mercedes AMG komandasının dominantlığından da danışıb. “Üç il əvvəl də Red Bull ardıcıl 4 çempionluq qazandı. İnsanlar onların dominantlığından narahat idi. Ancaq idmanda həmişə dəyişikliklər olur. Hər şeyin bir sonu var”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*