F-1.az xatırladır ki, Fernando Alonso 2005-ci və 2006-cı illərdə Renult-da çıxış edərkən dünya çempionu olub. Komanda son qələbəsini də məhz Alonso ilə qazanıb.
Karlos Qon: “Alonso ilə müqavilə bağlamaq? Əlbəttə ki, istəyərəm. Düzdür, bu komanda rəhbərliyinin görməli olduğu işdir. Bu məsələdə mən onları dəstəkləyərəm.
Formula1-də bir çox dostum olub və istedadlı sürücülərlə işləmişik. Fernando onların arasında ən güclüsü idi. Bu gün də Formula1-in ən yaxşı sürücüsüdür.
Formula1-dən ayrıldığımız vaxt ciddi maliyyə böhranı var idi. Bizim kimi, Honda və Toyota da idmandan getmişdi. Amma komandanın tarixini yenidən yazmağın vaxtı gəlib”.