K.Maqnusseni şantaj ediblər

Danimarkada nəşr olunan BT xəbər verib ki, Kevin Maqnusseni şantaj edərək ondan pul istəyiblər...

F-1.az xatırladır ki, Maqnussen birillik fasilədən sonra Renault komandası ilə Formula1-də yenidən yarışmağa başlayacaq.

Danimarkalı sürücünün Formula1-də yenidən yarışacağı bəlli olduqdan sonra narahat edildiyi aşkarlanıb. Maqnusseni və qız rəfiqəsi Luzini bir neçə aydır internet üzərindən şantaj edirlər. Şantajçılar Maqnusseni və qız rəfiqəsini şəxsi şəkilləri yaymaqla, ünvan və telefon nömrələrini mətbuata sızdırmaqla qorxudublar.

Nə Kevin, nə atası Yan Maqnussen və nə də Luzi bu bərədə heç bir açıqlama vermək istəməyiblər. Kopenhagen polisi də bu barədə cinayət işi açıldığını təsdiqləməyib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*