K.Maqnussenə cəza verilməyib

Sıralanma turunun birinci sessiyasında qırmızı bayraqlar dalğalanan zaman pitdən çıxan Kevin Maqnussenə heç bir cəza verilməyib.

F-1.az xatırladır ki, Maks Ferstappen birinci sessiyada qəza etmişdi və qırmızı bayraqlar çıxmışdı. Maqnussen isə bu vaxt pit yolundan çıxmışdı.

Ancaq stüartlar qərar veriblər ki, Maqnussen pit yolundakı qırmızı işığı gec görüb və buna görə də dayanmaq mümkün olmayıb.

Verilən açıqlamada bildirilib ki, komanda bəzi dəlilllər təqdim edib və Maqnussen trasa fokuslandığı üçün qırmızı işığı görməyib.

Xatırladaq ki, Maqnussen yeni mühərriklə çıxdığı sıralanma turunda 16-cı yeri tutub…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*