K.Maqnussen: “Yeni qaydalar mənasızdır”

Renault komandasınım sürücüsü Kevin Maqnussen bildirib ki, bu ildən etibarən tətbiq ediləcək radio danışıqlarının məhdudlaşdırılması qaydası heç nəyi dəyişdirməyəcək...

F-1.az xatırladır ki, yeni qaydalara əsasən komandalar artıq yarışın startında və yarış ərzində radio vasitəsilə sürücülərinə heç bir köməklik göstərə bilməyəcəklər.

Amma Kevin Maqnussen bildirib ki, bu qayda mənasızdır: “Hamı üçün vəziyyət eynidir, ona görə də öyrəşməliyik, ancaq mən düşünürəm ki, bu dəyişikliyin heç bir mənası yoxdur. Amma olan budur.

Biz indi çox şeyi xatırlamalı və əzbərləməliyik. Bu bizim əsəblərimizi pozur. Biz istəyərdik ki, təkcə yarış barədə düşünək.

Əslində istəyirlər ki, biz diqqətimizi daha çox yarışa cəmləşdirək, amma indiki şərtlərdə yarışa daha az fokuslanacayıq, çünki daha çox xatırlamaq məcburiyyətindəyik.

Mən düşünürəm ki, ancaq yarışa fokuslanıb, sürətli getmək daha yaxşı olardı. Bu dəyişikliyin heç bir faydası olmayacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*