F-1.az xatırladır ki, Renault turbo V6 mühərriyini hərtərəfli yeniləyib və yeni mühərrik 35-40 at qüvvəsi güclənib. İndiyə qədər yeni mühərriyi istifadə edən sürücülər mühərrik barədə xoş təəssüratlar bildiriblər və Monakoda istifadə etmək istədiklərini deyiblər.
Kevin Maqnussen: “Yeni mühərriyi Monakoda istifadə etmək istəyirəm. Ancaq bilmirəm istifadə edəcəyik ya yox. Təbii ki, mən istəyirəm, amma bu qərarı mən vermirəm”.
Red Bull yeni mühərriklə liderlərlə aradakı fərqi bağlamağı hədəfləyir. Renault isə ilk onluğa düşmək üçün mübarizə aparmaq istəyir.
Kevin Maqnussen: “Düzünü desək, yeni mühərriyi istifadə etmək həzz verir. Sürüş əvvəlkindən rahatdır. Eyni zamanda daha güclüdür.
Ancaq düzlük sürəti barədə nəsə demək çətindir. 330 ya da 333 km/saat arasındakı fərqi hiss etmək çətindir.
Mühandislərimiz bütün məlumatlara baxırlar və daha sonra bizə nələr olduğunu deyəcəklər. Ancaq əsas odur ki, mühərrikdə sürüş daha rahatdır. Beləliklə, normal şəkildə işləyə bilərik.
Bu güc qurğusu əvvəlkindən daha güclüdür və hələ də üzərində çox işləyə bilməmişik. Trasa çıxan kimi gördük ki, bu mühərriklə sürmək daha rahatdır. Ümid edirəm ki, güc cəhətdən də yaxşıdır”.