K.Maqnussen: “Yeddinciliyə yaxın idik”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Mühəndislər Kubokubda 7-ci ola bilmədikləri üçün məyusdur.

F-1.az xatırladır ki, danimarkalı sürücü yarışın startında yerində fırlanaraq axırıncı yerə düşüb və yekunda 13-cü ola bilib.

Kevin Maqnussen: “Yaxşı mövsüm oldu, amma nəticəyə görə məyusam. Mühəndislər Kubokunda 7-ci ola bilməmək pis oldu, ancaq yaxın idik.

Lazımi sürətə sahib deyildik, ona görə də gələn il güclü olacağıq. Harada olduğumuzu bilirik. Gələn il inkişaf etmək istəyirik. Görək nə olur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*