F-1.az xatırladır ki, danimarkalı sürücü Kanadadakı sıralanma turunun ikinci sessiyasında Çempionlar Divarına çırpılıb. Komanda qəzanın ağır olduğunu və buna görə şassinin dəyişəcəyini bildirib. Beləliklə, Maqnussen yarışa pit yolundan başlamalı olacaq: “Böyük qəza idi. Şassini dəyişdirib yarışa pitdən başlayacağıq. Ötürmələr qutusu dəyişilməlidir. Orta qrupda Soft təkərlə başlanağın mənası yoxdur. Buna görə də pitdən başlayacağıq”.
K.Maqnussen yarışa pit yolundan başlayacaq
Haas komandası verdiyi açıqlamada Kevin Maqnussenin yarışa pit yolundan başlayacağını bildirib.