F-1.az xatırladır ki, sərbəst yürüşlərin birinci sessiyasında ilk dövrəsini vuraraq pitə qayıdan Renault-nun sürücüsü Kevin Maqnussenin maşınının motor qapağında yanğın baş vermiş, yanğınsöndürənlər maşına müdaxilə edərkən o da maşını cəld tərk etmişdi. Lakin o, Halo sisteminin buna mane ola biləcəyini düşünür.
Kevin Maqnussen: “Mən hələ ki, Halo sistemini test etməmişəm. Buna görə də, bu barədə suallara ən yaxşı cavabı verə biləcək adam mən deyiləm. Sistemi test edənlərdən maşını bu qədər sürətli tərk etməyin mümkün olub-olmadığını soruşa bilərsiniz. Maşın alovların içindədirsə, 5 saniyə olduqca uzun müddətdir.
Maşının alışması ekranlarda çox dramatik görünür, amma əslində belə deyildi. Bu, Formula1-də vaxtaşırı baş verən bir şey idi. Maşında hər şey qaydasında idi. Lakin qəfildən tüstü gördüm və maşın alovlandı”.