F-1.az xatırladır ki, Braziliya yarışında təhlükəsizlik avtomobili 5 dəfə trasa daxil olmuş və iki dəfə qırmızı bayraqla yarış dayandırılmışdı.
Maqnussen bildirib ki, yarışın idarə heyəti yaxşı iş görməyib və əlverişli şəraitdə belə yarışmaq imkanları olmayıb: “Şərait heç də yaxşı deyildi. Xüsusən də son döngədə bolid sürüşdüyü üçün çox problem yaşadıq. Amma yağışlı havalarda bu cür halların olması labüddür. Bunun üçün yağış təkərləri var.
Sözün açığı, mən yarışmağı gözləyirdim. Yarışın böyük hissəsi təhlükəsizlik avtomobilinin arxasında keçdi. Təbii ki, sürücülərin təhlükəsizliyi daha vacibdir. Amma biz ehtiyatla sürürdük.
Quru havalarda yaşanacaq riskləri düşünərək bolidi ehtiyatla sürəcəkdik və təhlükəsizlik avtomobili çıxdıqdan sonra da bu formada davam etdik”.