F-1.az xatırladır ki, danimarkalı sürücü ABŞ yarışından xal qazanıb.
Kevin Maqnussen: “Bu trasın tayı bərabəri yoxdur. Qısa olduğu üçün kartinq trasını xatırladır. Bundan başqa trasın keçmişi Ayrton Senna ilə bağlıdır.
Bu həftəsonu sprint yarışı olacaq və biz sprintlərdə güclüyük. Belə həftəsonlarını sevirəm, çünki işlər sürətlə cərəyan edirlər. Üç sərbəst yürüş çoxdur və sıralanma turuna hazırlanmaq üçün bir sessiya bəs edir. Hamı bərabər şəraitdədir və bu format yaxşı görünür.
Ostindəki yarışın sonlarında Fettelə mübarizə apardım. Heyif ki, məni keçdi. Ən azından xal qazandım. Bəlkə də, riskə getsəydim, onu arxamda saxlayardım. Lakin xallara ehtiyacım var idi. Buna görə də risk alıb xalsız qalmaqdansa, bir neçə xal qazanmaq yaxşıdır”.