K.Maqnussen: Xal qazansam, sevinərəm

Haas komandasının sürücüsü Kevin Maqnussen Sinqapurdan xallar qazanmaq istəyir.

F-1.az xatırladır ki, Haas komandası bu il 16 yarışın sadəcə beşindən xalla ayrılıb. Amerika təmsilçisi son xalını Avstriyada qazanıb və 5 yarışdır ki, xal üzünə həsrətdir.

Kevin Maqnussen: “Sinqapuru çox sevirəm. Ümumilikdə şəhər tipli traslara heyranam. Sinqapur da ən yaxşı şəhər tipli traslardan biridir. Yarış fiziki cəhətdən sürücüləri yorur. Buna görə də idman zalında çox vaxt keçiririk. Lakin idman etmək mənə motivasiya verir.

2018 və 2019-cu illərdə təzə təkərlərin hesabına burada sürətli dövrə vurmuşdum. Lakin bu yarışlarda xal qazana bilmədim. Buna görə də bu göstərici ilə fəxr etmək üçün əsas yoxdur. Xal qazansam, daha çox sevinərəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*