F-1.az xatırladır ki, danimarkalı sürücü testlərin son günündə 96 dövrə vurub.
Kevin Maqnussen: “Çox gözəl bir gün keçirdik. Axır ki, hava düzəldi və çox vacib dövrələr vurduq. Bolidi ideal şəraitdə sürmək əla oldu. İnkişafdan razıyıq. Ümid edirəm ki, hava şəraiti testlərin ikinci həftəsində daha yaxşı olar. Orta qrupda çətin mübarizə olduğunu bilirik. Buna görə də ilk yarışa qədər maksimum təkmilləşmək istəyirik. Çatışmayan tərəflərimizi inkişaf etdirsək, əla nəticələr qazana bilərik”.