F-1.az xatırladır ki, danimarkalı sürücü Çin yarışında 8-ci olaraq, Haas komandasına Formula1 tarixində xal qazandıran ikinci sürücü olmuşdu.
Kevin Maqnussen: “Hər həftəsonu bolidlə bağlı yeni şeylər öyrənirəm. Beləliklə, bir neçə həftə ərzində bolidi tam olaraq anlaya bilərəm. Rusiyadakı trası çox sevirəm. 6, 7 və 8-ci döngələr yüksək sürətlə keçilir və orada sürmək həzz verir. Üçüncü döngədə boynumuza çox yük düşür, amma əlimizdən heç nə gəlmir. Ümumilikdə, Soçi trası çox əyləncəlidir. Problemsiz həftəsonu keçirmək istəyirik”.