K.Maqnussen: Uğur üçün bir-birimizə uyğunlaşmalıyıq

Keçən il yaxşı mövsüm keçirən, komandasına bir poul və qiymətli xallar qazandıran danimarkalı sürücü Haas-ın irəliləyişi haqqında fikirlərini bölüşüb.

F-1.az xəbər verir ki, Kevinin fikrincə bu, yeni titul sponsoru və komandaya qoşulan yeni mütəxəssislərin zamanla zamanla bir-birinə yaxşı öyrəşməsi sayəsində mümkün olacaq.

Kevin Maqnusen: “İndi baş sponsorumuz MoneyGram-dır. Bu, bizə müəyyən sahələrə daha çox sərmayə qoymağa imkan verəcək. Komanda bir neçə çətin il keçirib – bəzi mütəxəssislər gedi, bəziləri gəlib. İndi yeni qrup komandaya yerləşməlidir, çünki yeni insanlar daxil olduqda, hətta onlar super istedadlı və çox bacarıqlı olsalar da, uyğunlaşmaq üçün çox vaxt lazımdır. Bu prosses artıq başlayıb, qış boyu və mövsümün startına qədər davam edəcək. Biz keçən il sadəcə bir yeniləmə həyata keçirdik. Ümid edirəm ki, uşaqlar maşının göstəricilərini daha da təkmilləşdirəcəklər və sonra biz müxtəlif sahələrdə inkişaf edəcəyik. Trasda etdiyimiz hər şey – istər strateji, istər əməliyyat qərarları, istərsə də pit-stoplar olsun, təkmilləşdirmə üçün çox yer var”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*