F-1.az xatırladır ki, Haas komandası may ayında Barselona testlərində iştirak etsə də, bu həftə baş tutan Macarıstan testlərində qalmaqdan imtina ediblər.
Günter Ştayner bunun səbəbin belə izah etmişdi: “Macarıstandakı testlərdə iştirak etməkdənsə, Silverstoundakı təkər testlərindən və simulyatorlardan gələn məlumatları analiz edəcəyik”.
Kevin Maqnussen: “Qatılmaq vacib deyil. Ondansa bazadan gələn məlumatları dəyərləndirərik. Bizim yeniliyimiz yoxdur və buna görə də testlər pul itkisidir. Pulu balansla xərcləmək lazımdır”.