F-1.az xatırladır ki, danimarkalı sürücü testlərin ikinci həftəsində 248 dövrə vuraraq 7-ci olmuşdu.
Kevin Maqnussen: “Hazırda gözləməli və ilk yarışda kimin harada olduğunu görməliyik. Təbii ki, bolidimizi təkmilləşdirdik, amma rəqiblərimiz də yatmayıb. Testlərdə kimin necə işlədiyini bilmirik. Əsl nəticələri Melburnda görəcəyik. Məqsədimiz hər yarışdan xal qazanmaqdır. Bunun üçün yaxşı işlər görürük. Lakin təmkinli olmalıyıq. Özümüzə hədəflər qoymuruq. Mühəndislər Kubokunda 4-cü olmalıyıq demirik. Amma keçənilkindən pis nəticə alsaq, uğursuzluq olacaq. Artıq 8-ci olmaq istəmirik. 7-ci yer və ya daha yaxşı nəticə bizim üçün uğur olacaq”.