K.Maqnussen Sinqapurda susuz yarışıb…

Kevin Maqnussen Sinqapur yarışında 10-cu yeri tutaraq 1 xal qazanıb. Amma danimarkalı sürücü bildirib ki, o sükan arxasında su içmədən yarışıbmış...

F-1.az bildirir ki, yarış vaxtı Sinqapurda 30 dərəcə istilik olub və yarış iki saat davam edib. Yarış bitdikdən sonra Maqnussen özünü yorğun hiss edib: “Fiziki cəhətdən çətin idi. Bolidimdə heç su yox idi və buna görə də çətin oldu. Problemin nə olduğunu bilmirəm. Su qabında su var idi yoxsa problem yaranmışdı? Komandanın mənə içki borcu var! Məm bu vəziyyətə öyrəşməli oldum”.

Qeyd edək ki, Maqnussen 2014-cü ilin Sinqapur QP-də yanmışdı və müalicə almışdı…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*