F-1.az xatırladır ki, danimarkalı sürücü Sinqapurda çıxdığı bütün yarışlardan xalla ayrılıb.
Kevin Maqnussen: “Sinqapur mükəmməl şəhərdir və gözəl tralsarı var. Təbii ki, burada ötmə etmək çox çətindir. Buna görə də sıralanma turu çox vacibdir. Çox uzun düzlük yoxdur və 20-dən çox döngə var. Buna görə də dincəlməyə vaxtımız olmur.İşıqların altında sürməyi sevirəm. Xüsusən də televizordan gözəl görünür. Buraya gələn fanlara gözəl şou göstərmək üçün hər şey hazırdır. Xal almaq üçün Sinqapurda şansımız var. Əlimizdən gələni edəcəyik. Mühəndislər kubokunda 5-cilik hələ də mümkündür”.