K.Maqnussen: “Sinqapurda alınan xal komandanın inkişafını göstərir”

Kevin Maqnussen Sinqapurda alınan xaldan sonra bildirib ki, bu mövsümü vaxtından əvvəl bağlamamaq doğru qərar olub..

F-1.az xatırladır ki, fransızlar bu il Lotus-u satın almışdılar və yavaş bolidlə ancaq Rusiyada xal qazana bilmişdilər. Amma Kevin Maqnussen Sinqapurda səhv etmədi və Renault-ya uzun bir aradan sonra ilk xalını qazandırdı. Danimarkalı sürücü düşünür ki, komanda bu mövsüm inkişafı saxlamamağın bəhrəsini görür: “Bu xal bütün komandaya və hamıya dəstək verəcək. Hamımız bilirik ki, bu mövsüm komanda üçün çətindir və işlər bizim üçün heç də asan deyil. Amma mübarizə aparmalıyıq və təslim olmamalıyıq. Bunu nəticələrdə əks etdirməliyik.

Komanda yarışın əvvəlindən etibarən doğru strategiyanı tətbiq etdi və bolid balanslı idi. Özümü mükəmməl hiss etdim. Bu cür performansa baxmayaraq, qalib gələ bilməmək qəribədir. Bu, gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün geridə buraxmalı olduğumuz çətin bir ildir. Bu, bizim üçün keçid ilidir”.

Maqnussen etiraf edib ki, Sinqapurda xal almağı gözləmirmiş: “Mövsümün bu nöqtəsində xal alacağımızı gözləmirdim. Bu cür trasda təhlükəsizlik avtomobilinin hesabına nəsə edə biləcəyimizi düşünürdüm. Hər Sinqapur yarışında olduğu kimi burada da təhlükəsizlik avtomobili girdi və bu bizim işimizə yaradı.

Biz mükəmməl iş gördük, mükəmməl başlanğıc, mükəmməl balans, mükəmməl strategiya. Bir sözlə mükəmməl yarış idi. Görək gələcəkdə nə olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*