K.Maqnussen: “Renault mühərriyi Mercedesə çata bilər”

Renault komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, Renault mühərrik gücündə Mercedes-ə çata bilər...

F-1.az saytı xatırladır ki, Kevin Maqnussen 2014-cü ildə Mercedes, 2015-ci ildə Honda mühərriklərindən istifadə edib. Danimarkalı sürücü bu il Renault mühərriklərindən istifadə edir.

Maqnussen hər üç mühərrik barədə danışıb və bildirib ki, Mercedes mühərrikləri hamısından güclüdür: “Hamısı bir-birindın fərqlənir. Bunu istifadə edəndən sonra hiss edirsiniz.

Sadəcə güc cəhətdən yox, sürüş, səs, işləmə forması və sistemin idarə edilməsi cəhətdən də çox fərqlidirlər.

Mercedes hazırda ən yaxşı güc qurğusudur və bu heç kimə sirr deyil, amma Renault-nun onlara çatması üçün əlində yaxşı fürsəti var.

Düşünürəm ki, biz yaxşı başlamışıq. Asfalta yatma qüvvəsi və güc cəhətdən zəif olsaq da, güclü bünövrəmiz var və bu çox önəmlidir. Sadəcə asfalta yatma qüvvəsini artırmalıyıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*