K.Maqnussen: “Renault McLaren-dən daha pozitiv komandadır”

Keçən ilin sonunda McLaren-dən ayrılan və Pastor Maldonadonun yerinə Renault-ya keçən Kevin yeni komandasından razı görünür...

F-1.az xəbər verir ki, Kevin Maqnussen bu barədə İspaniya mətbuatına danışıb: “Bu 2 komanda arasında böyük fərqlər var. Ən əsas fərq isə Renault-da işləyən insanların daha pozitiv və şən görünməsidir. Burda atmosfer daha yaxşıdır və hər kəsin komandaya olan inamı da böyükdür.

Mən McLaren-da olduqda komanda geriləmə dövrünü yaşayırdı. Renault isə yüksəlməkdə olan komandadır və hər kəsin diqqətini cəlb edir. Keçmiş komandamdakı bəzi insanlarla hələ də əlaqəm var. Orda münasibətimin yaxşı olmadığı insanların sayı çox azdır…”

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*