F-1.az xatırladır ki, danimarkalı pilot mövsümün əvvəlində heç kəsin gözləmədiyi halda Renault-ya qoşulmuşdu. Komanda rəhbərliyi tərəfindən bir müddət əvvəl təriflənən sürücü müqavilənin uzadılacağına ümid edir.
Kevin Maqnussen: “Ümid edirəm ki, yeni müqavilə barədə danışıqlar çox gecikməz. Belə şeydən nifrət edirəm. Mən komandamda qalmaq istəyirəm. Amma bu, tək məndən asılı deyil. Burada olduğum üçün xoşbəxtəm və bu layihənin bir parçası olmaq istəyirəm. Deyə biləcəklərim bunlardan ibarətdir”.
İddialara görə, mövsümün əvvəlində Renault və Maqnussen arasında bağlanan müqavilədə sürücü ilə əməkdaşlığın daha 1 il uzadılması nəzərdə tutulub.