F-1.az xatırladır ki, Renault bu mövsüm yeganə xallarını Rusiyada Maqnussen ilə alıb. Fransızlar bu il siralanma turunda son sessiyaya keçə bilməyiblər və 2017-ci ilə fokuslanmağa hazırlaşırlar.
Kevin Maqnussen: “Mövsümün qalan yarışlarında hədəfimiz hər yarışdan maksimumu çıxarmaq olacaq. Əgər təhlükəsizlik avtomobili çıxsa, hava şərtləri dəyişkəndirsə və bəziləri mübarizəni dayandırıbsa, bundan faydalanmalıyıq. Davamlı xal almağımız üçün bolidimiz sürətli olmalıdır və hədəfimiz budur. Əgər qeyri-adi hal olsa, xal ala bilərik. Bunun üçün gözüaçıq olmalıyıq. Bu cür hallara hazır olmalıyıq”.