F-1.az xatırladır ki, təhlükəsizlik maşını rejimindən sonra iki sürücü təkər-təkərə mübarizə aparıb və nəticədə təmas yaşayıblar. Bu təmasdan sonra Qrojan 10-cu olub. Danimarkalı sürücü isə 7-ci yeri tutaraq, orta qrupun lideri olub.
Kevin Maqnussen: “Romanla təmas etmək istəməzdim. Amma bilərəkdən olmadı. İki bolidlə də xal aldığımız üçün xoşbəxtəm. Bu barədə danışacağıq. Komanda yoldaşınızla təmas etmək istəməzsiniz. Roman da belə olmasını istəməzdi”.