K.Maqnussen özünü təsdiq etmək istəyir

Formula1-də 2014-cü ildə McLaren komandası ilə debüt edən, keçən ili isə ehtiyat pilotu kimi keçirən Kevin Maqnussen Renault-da özünü yaxşı tərəfdən göstərmək istəyir...

F-1.az xatırladır ki, Pastor Maldonado sponsoru PDVSA şirkətinin onun komandada iştirak etməsi üçün lazım olan məbləği ödəmədiyinə görə komandadakı yerini itirib və Renault onun yerini Maqnussen ilə doldurub. Komandanın digər pilotu isə əvvəlcədən elan olunduğu kimi, Colion Palmer olacaq.

Finlandiyalı pilot Renault-yla yenidən Formula1-də mübarizə aparacağı üçün özünü xoşbəxt hiss edir.

Kevin Maqnussen: “Renault-da olmaq çox gözəl hissdir. Mən gələcəkdə çempionluq üçün mübarizə apara biləcək bir komandadayam. Bunun üçün yol qət etməliyik, amma Renault bura qələbə üçün gəlib. Ümid edirəm ki, mən özümü təsdiq edə biləcəm. Keçən il yarışlara çıxa bilmədim, amma indi əla motivasiya ilə mövsümün başlanmasını gözləyirəm”.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*