K.Maqnussen: “Ölüm barədə düşünürəm”

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, orta qrupda mübarizə apararkən aqressiv olmaq lazımdır.

F-1.az xatırladır ki, Bakıdakı yarışdan sonra Qasli danimarkalı sürücünün çox təhlükəli olduğunu bildirmişdi.

Kevin Maqnussen: “Mən sərt yarışıram. Orta qrupda xal qazanmaq çətindir və bunun üçün mübarizə aparmaq lazımdır. Bəzən işlər qaydasında gedər, bəzən yox. 11-ci yerdə gedərkən cəza da alsanız, qəza da etsəniz, heç nə itirmirsiniz. Buna görə də mübarizə aparmalısınız. Boliddə ölmək riskini qəbul etmiş sürücüyəm. Geriyə addım atmaq fikrim yoxdur. Ailəmi və yaşamağı sevsəm də, bolidə oturanda onları unutmalıyam. Çempionluq uğrunda mübarizə aparanda uzun mövsüm barədə düşünməlisiniz. Amma hazırda belə şansım yoxdur”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*