F-1.az xatırladır ki, Qasli Bakıdakı yarışda danimarkalı sürücüyə hücum etmiş, amma Maqnussen gənc rəqibini divara sıxaraq, hücumun qarşısını almışdı.
Kevin Maqnussen: “Pyeri strart-finiş düzlüyündə bilərək sıxmadım. Bu hərəkəti etdiyim üçün məyusam. Onsuz da yarışdan sonra onunla danışıb dəfələrlə üzr istədim.
Təbii ki, yarış vaxtı ölmək istəmirəm. O sözü deyərkən mübariz ruhumu göstərmək istədim. Düşünmürdüm ki, bu qədər ciddi qarşılanar. Hazırda Formula1-də yarışaraq uşaqlıq xəyalımı reallaşdırıram. Burada yarışmaq üçün çox şeyi fəda etdim. Bezdiyim zaman isə təqaüdə çıxacam”.