F-1.az xatırladır ki, danimarkalı sürücü 2014-cü ildə McLaren komandası ilə Formula1-də debüt etmiş və ilk yarışında podiuma yüksəlmişdi. Amma gənc sürücü növbəti mövsüm Alonsonun transfer edilməsinə görə komandanın test sürücüsü olmuşdu.
Maqnussen 2015-ci il mövsümünün sonunda McLaren-dən ayrılaraq Renault komandasına transfer olunsa da, fransızların heyətində də möhkəmlənə bilməyərək, Haas komandasına keçib.
Kevin Maqnussen: “Bəxtim gətirmədi. Heç nə yaxşı getmədi və yollarımızı ayırdıq. Artıq daha yaxşı yerdəyəm və səbirsizlənirəm.
McLaren komandasında qalmaq istədim. Onlar da məni istəyirdilər, amma siyasi söhbətlərə görə alınmadı. Renault-da baş verənlər isə tamamilə fərqli idi. Haas-a keçmək istədim və Haas da məni istədi. Renault və ya McLaren-dən inciməmişəm. Bu Formula1-dir və çox çətin işdir. Burada işlər belə gedir.
Səni istəyən və onların istəklərini qarşılaya biləcəyiniz komanda ilə razılaşanda işlər daha yaxşı gedir. Bu sizə motivasiya verir. Mövsümə başlamaq üçün səbirsizlənirəm və bu mənə motivasiya verir.
McLaren ilə uzun davam edən münasibətim var idi və məni çox tez seçdilər. Renault komandasına da bir sürücü sponsorunu itirdiyi üçün keçdim və ora transfer olunanda gec idi. Amma indi əsl yarışa geri qayıdıram. Artıq kommersiya işlərinin əvəzinə performansıma fokuslana bilərəm”.