K.Maqnussen: “Maldonadoya hörmətim var”

Pastor Maldonado 2011-ci ildə başlayan və hadisələrlə zəngin olan karyerasına azı birillik fasilə verməyə məcbur olub...

F-1.az xəbər vermişdi ki, Pastor Maldonado sponsoru PDVSA şirkətinin onun komandada iştirak etməsi üçün lazım olan məbləği ödəmədiyinə görə komandadakı yerini itirib və Renault onun yerini Maqnussen ilə doldurub.

Kevin Maqnussen: “Pastora böyük hörmətim var. Keçən il mən də McLaren-də eyni vəziyyətə düşmüşdüm və bunun nə qədər çətin olduğunu bilirəm. Amma mən əminəm ki, o nə etsə, həmin işdə uğur qazanacaq”.

Renault-yla Formula1-də debüt edəcək Colion Palmer də Maldonadonun istedadlı pilot olduğunu düşünür: “Bir il onunla birlikdə işlədim və çox gözəl insan olduğunun şahidi oldum. Onunla yaxşı dil tapırdıq. Komanda daxilində həmişə narahatlıq vardı və nələr olacağını bilmirdik. Yəni, bu? bəlkə də Maldonado üçün gözlənilməz olmadı”.

Komandanın icraçı direktoru Siril Abitebul isə sürücü heyətindən razıdır: “Düzdür, bir qədər təcrübəsiz və gənc sürücülərlə mübarizə aparmağa razılıq verdik. Amma indiki vəziyyətdə əlimizdə olan ən yaxşı variant bu idi. Bu, ilk il üçün yaxşı heyətdir. Gənc və istedadlı sürücülərə sahibik. Maqnusseni isə tamamilə təcrübəsiz hesab etmək olmaz”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*