F-1.az xatırladır ki, danimarkalı sürücü bu il idmana qayıtmış və gözəl performans göstərmişdi. Buna görə də bu mükafata sentyabr ayında layiq görülmüşdü.
Kevin Maqnussen: “Lorenzo Bandini mükafatını qazaqnmaq mənim üçün böyük şərəfdir. Keçmişdə bu mükafatı qazanana sürücülərə baxanda məni niyə buna layiq bildilr, anlamıram. Çox qürurluyam.
Haas kiçik komandadır və Formula1-də belə çıxış etmək çox çətindir. Braziliyada qazandığımız poul unudulmaz idi. Növbəti hədəfim podiuma yüksəlməkdir”.
Qeyd edək ki, Lorenzo Bandini 1967-ci ilin Monako yarışında qəza edərək dünyasını dəyişib. Bu mükafat da onun adına verilir.