F-1.az xatırladır ki, danimarkalı sürücü yarışa 6-cı yerdən start verib bir neçə dəfə tras xaricinə çıxsa da, ön qrupdakı sürücülərin problemlərini də dəyərləndirərək 5-ci olub.
Kevin Maqnussen: “Uşaqlarla və komandamla fəxr edirəm. Xüsusən də pit-stopdakı mexaniklərlə. Avstraliyanı unutdular və yenidən mükəmməl pit-stoplar etdilər. Qasli ilə 4-cü yer uğrunda mübarizə apara bilmədim, ancaq 5-ciliyə görə xoşbəxtəm. On xal aldıq və Avsrtaliyadakı bərbad yarışdan sonra yaxşı xallar oldu. Növbəti yarışlarda da güclü olmağa ümid edirik. Ancaq bu uğura nail olmaq asan deyil. Orta qrup çox yaxındır və hamı güclüdür. Əla iş gördük. Əminəm ki, eyni performansı yenə göstərə biləcəyik”.