F-1.az xatırladır ki, iki sürücü Almaniya yarışının 56-cı dövrəsində təmas ediblər. Buna baxmayaraq Haas komandası iki sürücü ilə də xal qazanıb.
Kevin Maqnussen: “Bilmirəm. Komanda yarışmağımıza icazə verib. Lakin bizə deyiblər ki, təmas etməyin və bunun üçün səbəb yoxdur. Mən daxili trayektoriyada idim. Qrojan mənim üzərimə sürdü. Nə etdiyini bilmirəm”.