F-1.az xatırladır ki, danimarkalı sürücü sıralanma turunda 9-cu olub.
Kevin Maqnusssen: “O nə edirdi? Son cəhdimi məhv etdi. Bilmirəm neçə dövrəlik benzini var idi, ancaq həmişə bir dövrəlik benzinimiz olur. Sonrakı dövrədə yenidən cəhd etdi. Bizi keçdi və yenidən arxasında qaldıq. Pitə girməli idi, amma yenidən cəhd etdi. Ardıcıl 3 cəhd etdi, lakin heç məntiqli deyil. Onu başa düşmürəm. Daha sonra məni 1-ci dövrədə keçib sürətli dövrəmi məhv etdi. O dövrəsini heç tamamlamadı. Qaydalara zidd hərəkət etdiyini bilmirəm, amma başa düşə bilmirəm. 14-cü döngədə yavaşladı. Daha sonra sürətləndi və yavaşladı. Stüardların nə düşündüyünü bilmirəm”.